İrəvanda ara qarışdı: polis həbslərə başladı - VİDEO

15:31 31.01.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İrəvanın  Respublika meydanında vəziyyət gərginləşib. Polis icbarı avto-vətəndaş sığortasının qiymətinin artırılmasına etiraz olaraq aksiya keçirən sürücülərin həbsinə başlayıb. Həmçinin evakuatorlar meydandan maşınları aparır.

Hafta.az xəbər verir ki, bu haqda Ermənistanın News.am saytı məlumat yayıb.

Bundan əvvəl “Facebook” sosial şəbəkəsində “tuganq fine” qrupunun üzvləri icbari sığortanın bahalaşmasından və digər qiymət dəyişikliklərindən narazı qalaraq etiraz aksiyası keçirəcəklərini və rəsmi qurumları narazı vətəndaşların səsini eşitməyə məcbur edəcəklərini bildirmişdilər.

O da xatırladılır ki, Paşinyanın başçılığıyla “məxməri inqilab”ın şüarlarından biri də əsasən yol hərəkəti qaydalarının pozulması ilə bağlı “vətəndaşlardan əsassız olaraq rüsum yığılmasına son qoymaq” olub.

Siyasət rubrikasından digər xəbərlər